Dünya futbolu

UEFA “Qalatasaray”ın baş məşqçisi və oyunçusunu cəzalandırdı

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk 2 oyunluq cəzalanıb.

İdmanxeber.az məlumat verir ki, buna səbəb mütəxəssisin Praqa “Sparta”sı ilə görüşdə etdiyi qeyri-etik hərəkətlər olub. O, növbəti mövsüm Avrokuboklardakı ilk iki oyunda komandasını texniki zonadan idarə edə bilməyəcək.

Bundan başqa həmin görüşdə qırmızı vərəqə alan Kaan Ayhan da bir oyunluq cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43