Türkiyə millisinin Holandiya ilə oyunöncəsi təlim-məşq toplanışında maraqlı anlar yaşanıb.
Belə ki, TFF rəsmisi kimi fəaliyyət göstərən yığmanın sabiq qolkiperi Rüştü Rəçbər millinin məskunlaşdığı otelə təşrif buyurub. Bunu eşidən Terim köməkçiləri vasitəsilə qapıçının dərhal oteli tərk etməsini istəyib. Rüştü isə Terimin niyə belə hərəkət etdiyini anlamayıb və oteli tərk edib.