Ölkə futbolu

Oleq Salenko: “Qəbələ”nin üstünlüyü ondadır ki…”

“Roman Qriqorçuk Avroliqanın qrup mərhələsinin iştirakçısı olmağa düşməyə layiqdir. Püşk isə onun komandasını“Lill”ə rəqib edib”.

İdmanxeber.com-un  məlumatına görə, bu sözləri Kiyev “Dinamo”sunun sabiq futbolçusu Oleq Salenko Ukrayna mətbuata açıqlamasında deyib.

1994-cü ildə Rusiya millisinin heyətində dünya çempionatının bombardirlərindən olan keçmiş hücumçu “Qəbələ”nin Fransa klubunu keçmək şansını dəyərləndirib: ““Lill” Fransa çempionatının sirli komandasıdır. Bu komanda  həm hədəfə çata, həm də uğursuz oynaya bilər. “Qəbələ”nin üstünlüyü ondadır ki, rəqib onlarla görüşə kimi, bu mövsüm rəsmi  oyun keçirməmişdi. İstənilən halda, inanıram ki, Qriqorçukun böyük qələbələri hələ qabaqdadır”.
 
Qeyd edək ki, “Qəbələ”nin dünən“Lill”lə  Fransada keçirdiyi ilk oyun 1:1 hesabı ilə başa çatıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43