Kateqoriyasız

“Olimpiakos” səfərdə qazandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Superliqasında 9-cu tur oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə  “Panetolikos”a 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 17-yə çatdıran “Olimpiakos” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Qarabağ” “Olimpiakos”u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43