Dünya futbolu

“Olimpiakos”un yeni baş məşqçisi müəyyənləşdi

Yunanıstanın “Olimpiakos” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Afina təmsilçisini Takis Lemonis çalışdıracaq. Bu barədə məlumat Super Liqa təmsilçisinin rəsmi saytından verilib.

57 yaşlı mütəxəssis bu postda Vasilis Vusası əvəz edib. Vuzas Paulo Bentunun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq baş məşqçi vəzifəsinə təyin olunmuşdu. O, postunda cəmi 2 həftə qala bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43