Ölkə futbolu

Olimpiya çempionları “Neftçi”yə qarşı

Sabah Azərbaycan futbolunun veteranları Olimpiya mükafatçılarının komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Azərbaycan veteranlar ittifaqının rəhbəri Oqtay Abdullayevin məlumatına görə görüş 12:00-da başlayacaq və Tofiq Bəhramov adına stadionun süni örtüklü mini-meydanında keçiriləcək.

“Neftçi”nin veteranlarının heyətində Vəli Qasımov, Şahin Diniyev, Yunis Hüseynov, Arif Əsədov, Hüseyn Məhəmmədov, Oqtay Abdullayev və başqaları meydana çıxıcaqlar.

Olimpiyaçıların heyətində isə Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və digərləri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43