İdman

“Olimpiya”nın Bakı səfəri: 3 futbolçu gətirilmir

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın Bakı proqramı bəllidi.

İdmanxeber.com-un məlumatına görə, Lyublyana təmsilçisi sabah ölkəmizə təşrif buyuracaq. Zədəli futbolçular müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva, eləcə də, ilk görüşdə qırmızı vərəqə alan hücumçu Abbas İssa da paytaxtımıza gətirilməyəcək.

“Olimpiya” oyundan dərhal sonra vətəninə dönəcək. Çünki komanda iyulun 21-də Sloveniya çempionatının ilk tur matçına çıxacaq.

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşması 21:0-da start götürəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43