Dünya futbolu

Oliver Kan “Bavariya”ya prezident keçir

“Bavariya”nın əfsanəvi qapıçısı Oliver Kan klub prezidenti olmağa hazırlaşır.

Almaniya mətbuatının yaydığı xəbərlərə görə, 49 yaşlı əfsanəvi qapıçı 2019-cu ildə keçiriləcək səsvermədə “Bavariya”nın prezidenti vəzifəsinə əsas namizədlərdən biridir. Onun rəqibləri arasında favorit olduğu bildirilir.

Qeyd edək ki, Kan 14 il – 1994-2008-ci illərdə Münhen klubunun şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43