Ölkə futbolu

Oliver Spiteri:”90 dəqiqəyə hər şeyi etdilər”

"Baltsan" klubunun baş məşqçisi Oliver Spiterinin 1:2 hesablı qələbədən sonra mətbuat konfransına qürurla daxil oldu.
 İdmanxeber.com sizə Spiterinin açıqlamalarını təqdim edir:

"Çətin oyun keçdi. Oyunçularımı təbrik edirəm. 90 dəqiqə ərzində hər şeyi etdilər. "Neftçi" tərəfi texniki cəhətdən hazırlıqlıydı. Axıra kimi vuruşdular bizimlə. "Neftçi" ev sahibi olduğu üçün təzyiq altında idi. İkinci hissədə komandamlz daha yaxşı oynadıq. Texniki oyunçularınız çoxdur. Azərbaycanlı futbolçuların gələcəyi parlaqdır. Psixoloji cəhətdən daha hazırlıqlı idik. Gözəl oyunun şahidi olduq. 3-cü qolu vurmaq üçün imkan da var idi. Klub prezidentinə təşəkkürümü bildirirəm. Biz iki il ərzində ərsəyə gələn komandayıq. Komandanıza uğurlar arzu edirəm". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43