İdman

Ölkə çempionatında növbəti turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, yanvarın 24-də baş tutacaq görüşlərin ilk oyunu  “Murov”la “Azərreyl” arasında olacaq. Qarşılaşma saat 12:00-da başlayacaq.

III tura UNEC – “Abşeron” dueli ilə yekun vurulacaq. Oyun saat 18:00-da start götürəcək. Hər iki görüş Voleybol Mərkəzində gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43