İdman

Ölkə çempionatında XV tura start verilib

Azərbaycan Basketbol Liqasında (ABL) XV tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış oyununda “Sərhədçi” və NTD komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb – 79:78.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endar Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Zirvə Astara”nı, “AAAF Xırdalan” “Neftçi İK”nı, “Gəncə” isə “Olimpik Şəki”ni sınağa çəkəcək. Görüşlər 28-29 yanvarda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43