Ölkə kubokunda 1/4 finalçılar bilindi
Bu gün Azərbaycan Kubokunda keçiriləcək 3 oyunla 1/8 final mərhələsinə yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqanın daha 3 klubu divizion təmsilçiləri ilə üz-üzə gələcək.
1/8 finalın ilk oyun günündə “Keşlə” öz meydanında divizion təmsilçisi “Kəpəz”ə 3:1 hesabıyla qalib gələrək 1/4 finalda “Qarabağ”a rəqib olub.
4 dekabr (çərşənbə)
17:00. “Sumqayıt” – “Zaqatala” – 2:0
Qollar: Rəhim Sadıxov, 19-pen, Əmir Ağayev, 70
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
“Kapital Bank Arena”
14:00. “Zirə” – “Qaradağ Lökbatan” – 4:0
Qol: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
15:00. “Sabah” – “Ağsu” – 5:0
Qol: Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)
3 dekabr
“Keşlə” – “Kəpəz” – 3:1
1/4 final
(15/16-19/20 dekabr)
“Qəbələ” – “Sabah”
“Səbail” – “Zirə”
“Neftçi” – “Sumqayıt”
“Qarabağ” – “Keşlə”