Premyer Liqa

Ölkəmizi bu mövsüm Avropa Liqasında təmsil edəcək ilk komanda məlum oldu

Premyer Liqanın 33-cü turunda “Şəfa” stadionunda “İnter” “Sumqayıt”ı qəbul etdi. Oyun 2:0 hesabıyla “bankirlər”in xeyrinə başa çatdı. “İnter”in heyətində Aleksandr İaşvili və Vaqif Cavadov fərqləndilər.

İdmanxeber.com-un məlumatına görə, bu qələbəylə “İnter” minimum vəzifənin öhdəsindən gəldi-Avropa Liqasına vəsiqəni əldə etdi.

Xatırladaq ki, “İnter” növbəti tur səfərdə “Qarabağ”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43