Dünya futbolu

“Ölkənin milli komandaya, millinin isə azarkeşlərə ehtiyacı var​”

Türkiyə millisinin baş məşqçisi Fatih Terim “DÇ-2014″ün seçmə mərhələsində Andorra ilə oyundan (5:0) sonra açıqlamalar verib.

“İki-üç gün ərzində çox şey edə bilməsək də, futbolçularım oyunda istədiklərimi etdilər. Ölkənin milli komandaya, millinin isə azarkeşlərə ehtiyacı var. Sadəcə bizim qazanmağımız kifayət etmir, rəqiblərin də matçları önəmlidir”.

Terim futbolçularını göstərdikləri oyuna görə təbrik edib: “Andorra bizim səviyyəmizdə deyil, ancaq çox sevinirik. Bu matçı qazanmağımız önəmli idi. Kayseri də bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm.İstədiyim milli komanda budur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43