08 Sentyabr 2024
Ölkə futbolu

Ölümü ilə hər kəsi sarsıdan klub rəhbəri üçün imza toplanır

Azərbaycan II Liqa təmsilçisi “Ağdaş” komandasının rəhbəri Rəhman Əliyevin faciəvi şəkildə vəfat etdiyi xəbərini vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, rayon futbolunun yaşaması üçün misilsiz xidmətləri olan Əliyevin adı əbədiləşdirilə bilər. Belə ki, bir neçə ağdaşlı gənc şəhər stadionuna R.Əliyevin adının verilməsi üçün hərəkətə keçib.

Onlar sosial şəbəkələrdə bununla bağlı çağırışlar edir və rayon sakinlərindən imza toplayırlar. Artıq yüzlərlə insan bu çağırışa dəstək verib.

Hər kəs Əliyevin Ağdaş idmanına göstərdiyi xidmətlərə görə, bu addımın doğru olduğunu düşünür.

Xatırladaq ki, R.Əliyev bu yaxınlarda Ağdaş rayonunda çayda boğularaq vəfat edib. O, rayonun eyniadlı komandasına rəhbərlik etməklə yanaşı, aşağı yaş qruplarına da məşqçilik edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43