Müsahibə

Oman millisinin baş məşqçisi: “Hakimlərlə bağlı oyunu izləyənlər qiymət versin”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib.
İdmanxeber.com-un məlumatına görə, finalda Omanı 2:1 hesabı ilə məğlub edən milli komandamız İslamiadanın qızıl medalına yiyələnib.
Matçdan sonra keçirilən mətbuat konfransında Oman millisinin baş məşqçisi Həmid Əl-Əzəmi jurnalistlərin suallarını cavablandırıb:
"Öncə onu qeyd edim ki, yarış çox gözəl təşkil olunub. Əvvəlki turnirlərə nisbətən burda təşkilatçılıq daha yüksək səviyyədə idi. İştirakçılara da buraya gəldikləri üçün təşəkkürümü bildirirəm. Oyuna gəlincı, Azərbaycan bu oyuna çox yaxşı hazırlaşmışdı. İlk hissədə səhvlərimiz oldu. Rəqib isə daha yaxşı və səhvsiz oynadı. İkinci hissədə hücuma atıldıq. Buna baxmayaraq, məğlub olduq. Bu, bizim üçün çox böyük təcrübədir".
– Hakimlikdən narazılığınız varmı?
– Artıq oyun bitib. Hakimlərlə bağlı oyunu izləyənlər qiymət versin.
– Yarışa gənc oyunçularla qatılmışdınız…
– Qarşıdan Asiya çempionatı gəlir. Biz oraya hazırlaşacağıq. Bunadək biz bu yarışa gənc  futbolçularla hazırlaşırdıq. Burda onlara şans verməyə çalışdıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43