18 Yanvar 2022
Kateqoriyasız

“Omoniya” ilə oyunun təsiri qalmışdı” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ” “Qəbələ” ilə qolsuz heç-heçə edib. Matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

O, “CBC Sport”a açıqlamasında futbolçularda Konfrans Liqasında “Omoniya”ya qarşı matçın (2:2) təsirinin qaldığını söyləyib:

“Nə qədər futbolçulara bilrisək də ki, dəfələrlə belə hallar olub, ancaq oyunda psixoloji yorğunluq hiss olunurdu. Ümumən futbolçulardan razı qaldım. Sıx qrafikdə çıxış edirik. Bunun təsiri olur. Yaydan bəri çox sıx qrafikdə oynayırlar. Onlara irad bildirmək bir qədər haqsızlıq olar. Qələbə üçün sona qədər əziyyət çəkdilər. Az da olsa “Omoniya” ilə oyunun təsiri qalmışdı”.

Təcrübəli mütəxəssis 1 xal qazandıqlarını söyləyib:

“Xallarımızın üzərinə 1-i də gəldi. Çox yaxşı komandaya qaşrı oynayırıq. Meydanda rəqibin gücünün şahidi olduq. Həm topla, həm topsuz nə etmək lazım olduqlarını bilirlər. 1 xaldan razıyam. Daha çox rəqibin oyununu dəyərləndirərdim. Çox diqqətli oynayırdılar. Bütün futbolçularımızı yaxşı analiz etmişdilər. Qol fürsətlərimiz oldu. Rəqib qapıçı da yaxşı oynadı. Belə oyunlarda daha çox qol imkanı yaratmalıyıq ki, onların heç olmasa 1-dən istifadə edə bilək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”yə keçmədi, İsrail klubu ilə anlaşdı – Foto

admin

Elxan Məmmədov: “Azarkeşlər böyük futbol festivalının şahidi olacaqlar”

admin

“Mübarizə aparmalıyıq, sonra nəticə gələcək” – “Linfild”in futbolçusu

admin