21 Sentyabr 2024
Kateqoriyasız

“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun “Omoniya” – “Qarabağ” matçı üçün nəzərdə tutulmuş biletlər sentyabrın 24-dən satışda olacaq.

İdmanxeber.az-ın məlumatına görə, biletlər sektorlara uyğun olaraq 5-125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43