17 Avqust 2022
Kateqoriyasız

“Ona dedim ki, gərək kubokda sənin şəklini qoyaq” – Ayxan Abbasov

Azərbaycan Kubokunun “Keşlə” – “Sumqayıt” (2:1) final oyunundan sonra təşkil edilən mətbuat konfransında nominal qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Bu çətin dönəmdə çempinatımızı bitirə bildik. Burda hər kəsin payı var. Hamını təbrik edirəm. Bacardığımız qədər yaxşı hazırlaşmışdıq. 3-cülük zəmanətli olandan sonra futbolçularda istər-istməz rahatlıq ola bilərdi. Bunu meydanda göstərmədilər. Yaxşı mübarizə apardıq. Bu gün oyun baxımından məğlub olmadıq. Göstərdiyimiz futbol məni sevindirdi. İlk yarıda bəlkə də mövsümün ən yaxşı oyununu göstərdik. Belə yorğun halda bu, məni sevindirdi. Təəssüf ki, kuboku qazana bilmədik. İkinci dəfə finalda məğlub olduq. Bəlkə də, finala çıxmaq uğurdu. Ancaq qalib olmağı çox istəyirdik. Bəlkə də, mövsümün əvvəlində bizə inananlar az idi, “Sumqayıt”ı sonuncu pillədə görənlər çoxluq təşkil edirdi. Futbolçular ötənilki uğurun təsadüf olmadığını sübut elədi. Son 3 kmövsümdə iddialı olmuşuq. Bu, təsadüf ola bilməz. Futbolçulara təşəkkür edirəm ki, özləri haqda fikirləri dəyişə bildilər. Məşqçilər heyətini təbrik edirəm. Gecə-gündüz mənimlə çalışırlar. Əla kollektivimiz var idi, ailə kimi idik. Bunun bəhrəsini gördük. Bütün “Sumqayıt”kollektivinə təşəkkür etməyə borclu hiss edirəm. Maliyyə baxımından fərqli olsa da, digər komandalardan geri qalmamağa çalışırıq. Hər şeydən razıyam. Görüləsi çox iş var. İnkişaf etməliyik. Klub olaraq böyüməliyik. Hər il heyəti qoruya bilmirik. Bu, məni bir az üzü. Sabah nə olacağı bilinmir. Növbəti mövsüm uğurlu çıxış etmək istəyiriksə, düzgün qərarlar qəbul etməliyik. “Keşlə”ni təbrik edirəm, avrokuboklarda uğur arzulayıram. Digər komandalar da çox yaxşı mübarizə apardılar. Həvəsdən düşməməli, daha da ciddi rəqabət aparmalıdılar. Ümid edirəm ki, sponsorlar da düşünəcək, düzgün qərar qəbul edəcəklər.

– Keçmiş zamanda danışdız. Sanki klubla vidalaşırsız…
– Mövsüm bitdiyi üçün belə danışırdım.

– Bu heyəti qoruyacağınıza ümidiniz varmı?
– Heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Onlara təkliflər var, fikirləşməlidilər. Yəqin ki, rəhbərliklə görüşdən sorna bu suallara cavab verə bilərəm. İndi nəsə desəm, yalan olar. İstəyərəm ki, heyəti qoruyaq. Hər il hansısa futbolçular getdikdən sonra çox çətinlik çəkirik. Rəhbərliklə geniş müzakirələrimiz olacaq.

– Kimlərin qalacağı, kimlərin gedəcəyi bəllidirmi?
– Məşqçinin planı olmalıdı. Bugünkü oyunun nəticəsinin planlarımıza təsiri olmayacaqdı. Bəzi mövqelər üzrə çox əziyyət çəkdik. İstəyirəm ki, komandada rəqabət olsun. Bu gün də gənclərə şans yaratdım ki, finalı hiss etsinlər. Rəhbərliyin qərarlarından çox şey asılıdı. Bir məşqçi kimi inkişaf etmək, irəli getmək istəyirəm. Hər şey çox çətindi.

– Hər zaman qələbəyə ac gprdüyümüz bu gün Ayxan Abbasov çox təmkinli görünür…
– Oyundan sonra futbolçuların bəzilərinin göz yaşı var idi. Onlara bildirdim ki, başıuca gəzməyə iqtidarımız var. Bürünc medal qazanmışıq. Belə oyunlarda təslim olsaq, bizim üçün təhlükədi. Futbolçulara bir siqnal vermək istəyirdim. İçimdə bir sarsıntı var, amma bunu futbolçulara hiss etdirmək istəmirdim.

– İki dəfə finalda uduzmaq. Özü də eyni məşqçiyə. Bu, necə hiss etdirir?
– Gərək özümüzü Sənan Qurbanova qarşı hazırlayaq. Oyundan sonra ona zarafatca dedim ki, gərək kubokda sənin şəklini qoyaq. Sənana uğurlar arzulayıram.  O da özümüzküdü. Hər bir gənc, yerli baş məşqçimizin uğuru məni sevindirir. Sübut olundu ki, Azərbaycan çempionatında hər kəs baş çıxara bilməz. Qıraqda danışmaq çox asandı. Bir komandanı finala çıxarmaq və qalib olmaq çox çətindi. İnşallah, qismət olar, yenə Sənanla qarşılaşarıq.

– Əlinizdə imkan olsa, bürünc medalı kuboka dəyişərdizmi?
– Bürünc medal qazanmaq çox çətindi. Nələrdən keçdiyimizi gözümün qabağına gətirsəm, çox haqsızlıq etmiş olarıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Rövnəq Abdullayev: “Qarabağ”ın bu uğuru böyük müvəffəqiyyətdir”

admin

Erməni “Neftçi”nin oyununa təyinat aldı – Avropa Liqasında

admin

“Araz Naxçıvan” iki yeni oyunçu transfer etdi

admin