20 Sentyabr 2024
Dünya futbolu

Onana 2 günə 2 oyuna çıxacaq

Andre Onana 2 günə 2 oyuna çıxmalı olacaq.

İdmanxeber.azın məlumatına görə, 27 yaşlı kamerunlu qapıçı 14 yanvar “Mançester Yunayted” – “Tottenhem” oyununda iştirak etdikdən sonra Afrika Millətlər Kuboku üçün Fil Dişi Sahilinə yola düşəcək. Təcrübəli qolkiper 15 yanvar keçiriləcək Kamerun – Qvineya görüşündə millisinin qapısını qoruyacaq.

Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 13-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43