Kateqoriyasız

Öncə “Sabah”, sonra “Qarabağ”

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqib  müəyyənləşib.

İdmanxeber.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də olacaq. Həmin bu komanda ilə “Qarabağ” da Antalyada qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” yanvarın 11-də Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43