01 Oktyabr 2024
Kateqoriyasız

Öncə Hacıyev, sonra Vanolin

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Neftçi” – “Koper” matçından bir gün öncə – sabah hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.

İdmanxeber.com-un  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq jurnalistlərin qarşısına “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev çıxacaq.

Saat 18:30-da jurnalistlərin suallarını cavablandıracaq B.Hacıyevdən bir saat sonra “Koper”in çalışdırıcısı Rodolfo Vanolinin mətbuat konfransı keçiriləcək.  

Saat 19:00-da “Neftçi”nin, bir saat sonra isə “Koper” klubunun mətbuat üçün açıq məşqi baş tutacaq.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Koper” oyunu iyulun 17-də, saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43