Dünyadan

Öncə Markeviç, sonra Qurbanov

Avroliqanın qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" -"Dnepr" matçı üçün mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 5-də keçiriləcək mətbuata açıq konfransda ilk öncə  saat 17:30-da "Dnepr"in baş məşqçisi Miron Markeviç jurnalistlər önünə çıxacaq. Qurban Qurbanov isə 19:00- da konfransda iştirak edəcək. Daha sonra isə müvafiq olaraq "Dnepr" saat 18:00-da, "Qarabağ" isə 19:30-da oyundan öncəki son məşqlərinə çıxacaqlar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43