Ölkə futbolu

Öncə “Qəbələ”, sonra MTK

İyulun 21-i UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Macarıstanın MTK komandasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – MTK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 20-də saat 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə MTK-nın çalışdırıcısı Vasilis Teodoru media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” saat 20:00-da, MTK isə 21:00-da hazırlıqlarını tamamlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43