16 Sentyabr 2024
Ölkə futbolu

“Ondan sonra artıq fərqin necə olmağının əhəmiyyəti yox idi” – Murad Musayev

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sabah” – “Qarabağ” oyunundan (1:7) sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ” bütün komponentlərdə üstün idi. Bu gün sərgilənən oyuna, məğlubiyyətə görə bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.

– Demək olar, bu gün “Qarabağ”a qarşı açıq futbol oynamağınız bu nəticəyə səbəb oldu. Başqa cür oynamağı düşünmədiniz?
– 3 qolu özümüz hədiyyə etdik. Ondan sonra artıq fərqin necə olmağının əhəmiyyəti yox idi.

– Nicat Mehbalıyevin 2-ci qola qədər də zədəli olduğu hiss edilirdi. Həkimləri çağıra bilməzdimi?
– Edə bilərdi, amma etmədi. Nə üçün həkimləri çağırmadığını başa düşmürəm.

– Sıx qrafikdəsiniz. Bu nəticə komandaya psixoloji pis təsir etməz?
– 1:7 ağır hesabdır. Necə təsir edəcəyini bilmirəm. Amma bunun öhdəsindən gəlməliyik.

– “Sabah” tarixinin ən böyük hesablı məğlubiyyəti oldu. Komandanın bu vəziyyətə düşməsində sizin, rəhbərliyin, futbolçuların nə qədər günahı var?
– 100 faiz günahkar mənəm. Bütün məsuliyyət məndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43