Dünya futbolu

O`nil millimizlə oyundan danışdı

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil komandaya cəlb etdiyi hücumçu Liam Boys haqda açıqlama verib.

Mütəxəssis qarşıdakı oyunlarda Boysa güvənə biləcəyini vurğulayıb:

“Boys bu mövsüm əla oyun göstərir və fiziki cəhətdən çox yaxşı inkişaf edir. Məncə, o, zəhmətinin bəhrəsini gördü və “Ross Kaunti”nin ən yaxşı bombardiri olmağı da bacardı. Əlbəttə, bu, onun üçün çox böyük uğur sayılmalıdır. Boysa inanıram və ümid edirəm ki, qarşıdakı oyunlarda bizə çox kömək edəcək”.

Qeyd edək ki, Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43