28 Noyabr 2022
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Onlar mənə xanımıma görə yeni müqavilə təklif etmədilər” – “Qarabağ”ın legioneri
Kateqoriyasız

“Onlar mənə xanımıma görə yeni müqavilə təklif etmədilər” – “Qarabağ”ın legioneri

“İlk oyunumuzu səfərdə keçirəcəyik. Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəkləri görüşlər barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçisi ilk matçın Poznanda keçirilməsinin Azərbaycan klubunun lehinə olduğunu bildirib: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də daha asan olacaq”.

“Qarabağ”dan əvvəl 2018 – 2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını etiraf edib: “Klubdakı insanlarla problemim var idi. Mənə sayqı ilə yanaşdıqlarını hiss etmədim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər. Onlar mənə xanımıma görə yeni müqavilə təklif etmədilər”.

Qeyd edək ki, “Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Yaxşı komanda qurmaq istəyirik” – Rəşad Sadıqov

admin

Dadaşov oynadı, “Şalke” qələbə qazandı

admin

Məşhur macar klubunun prezidenti azərbaycanlıdır

admin