Kateqoriyasız

Onlar “Qarabağ”la oyunda oynamayacaq

Avropa Liqasının qrup mərhələsinin 2-ci tru çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Vilyareal” sözügedən oyuna iddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanın zədəli oyunçuları Alberto Moreno, Pervis Estupinyan və Dani Parexo Ağdam klubu ilə görüşdə meydana çıxa bilməyəcək.

Dizində zədəsi olan Funes Morinin isə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsinin 2-ci turunda oktyabrın 29-u “Vilyarreal”la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar görüş Bakıda yox, Türkiyənin “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43