Ölkə futbolu

“Onlara da şans verilməlidir” – Canluka Sansone

“Düşünürəm ki, bu gün çox yaxşı oynadıq. Qolu da erkən vurmağımız bizim üçün önəmli idi. Bundan sonra ikinci qol da gəldi. Bununla da daha yaxşı oynamağa başlayaraq, oyunun taleyini həll etdik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Neftçi”nin heyətində ilk qolunu Azərbaycan Premyer Liqasının XIX tur matçında “Sabah”a vuran Canluka Sansone deyib. İtaliyalı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb…

– “Neftçi”dəki ilk qolunuzla bağlı nə deyə bilərsiniz?

– Bu, mənim üçün vacib idi. Ancaq daha vacib olanı komandanın nəticəsidir. Bu gün həm özüm, həm də komanda olaraq yaxşı nəticə verdik. Məni ən çox sevindirən budur.

– “Səbail”ə məğlubiyyətin ardından bu gün komandanız daha yaxşı təsir bağışladı. Bu bir həftədə nə dəyişdi?

– Sizinlə razı deyiləm. Deməzdim ki, ötən turun oyunu ilə indiki arasında böyük fərq var. Sadəcə, bu gün biz əlimizə düşən imkanlardan istifadə edə bildik. Ötən tur bunu bacarmamışdıq. Məncə, bir məğlubiyyət arxaya addım kimi qiymətləndirilməməlidir.

– Matça start heyətdə başlasanız da, ikinci hissədə əvəzlənirsiniz. Bu, nə ilə əlaqədərdir: Fiziki olaraq hazır deyilsiniz?

– Komanda 11 nəfərdən ibarət deyil. Ehtiyatda da oyunçular var. Hər bir futbolçu meydana çıxmağa layiqdir. Onlara da şans verilməlidir. O ki qaldı mənim əvəzlənməyimə, bu, artıq baş məşqçinin qərarıdır. Kimin oynamasına, nə vaxt meydana çıxmasına o, qərar verir.

– Mövsümü neçə qolla başa vurmaq istəyirsiniz?

– İstəyirəm ki, biz qalib gələk.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43