Ölkə futbolu

“Onların necə bir rəqib olduğunu yaxşı bilirik” “Ağsu”nun futbolçusu

“Bütün oyunlara qələbə üçün çıxırıq. Bu gün “Bakılı” ilə oyuna da eyni məqsəd üçün çıxacağıq. İnşallah qələbə qazanacağıq”.

Bu sözləri “Bakılı” ilə oyundan öncə İdmanxeber.com-a açıqlamasında “Ağsu”nun futbolçusu Vüsal İsmayılov deyib.

O, “Bakılı”nın autsayderlər mövqeyində olmasına baxmayaraq çətin rəqib olduğunu bildirib:

“Onların autsayder olması bizi rahatlaşdırmır. Birinci dövrədə Bakıda onlarla heç-heçə oynamışıq və bu komandanın necə bir rəqib olduğunu yaxşı bilirik”.

İsmayılov daha sonra komandasının Premyer Liqaya yüksəlmək şanslarını dəyərləndirib:

“Qismət olsa biz də Premyer Liqada oynayardıq. Kim istəməz ki, komandası Premyer Liqada oynasın… Oynasaydıq yaxşı olardı”.

Qeyd edək ki, “Ağsu” – “Bakılı” matçı bu gün saat 15:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43