Dünya futbolu

“Onların səhv etməsini gözləyirik” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 36-cı turu matçında “Lester” üzərində qazanılan qələbəni (3:0) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasının mövsümün sonunda Çempionlar Liqasına düşmək şanslarını dəyərləndirib:

“Biz əlimizdən gələni edirik. “Nyukasl” və “Mançester Yunayted”in hazırda necə oynadığını nəzərə alsaq, şanslarımızın yüksək olduğunu düşünmürəm. Ona görə də öz işinlə məşğul olmalısan. Rəqiblər bizim “Lester”ə uduzmağımızı istəyərdi.

Mən də onların yerində olsaydım, bunu arzulardım. İndi onların səhv etməsini gözləyib və qalan iki görüşdə qalib gələməliyik. Bu baş verəcəkmi? Bilmirəm”.

“Liverpul” Çempionlar Liqası zonasından 1 xal geri qalaraq 65 xalla Premyer Liqa cədvəlində 5-ci yerdədir. “Nyukasl” və “Mançester Yunayted” 66 xalla 3-4-cü sırada qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43