Ölkə futbolu

“Onlarla aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb” – “Qarabağ”ın rəsmisi

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin klubumuza sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi “Damat” şirkətinin “Qarabağ”a sponsorluq etmədiyini bildirib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43