Ölkə futbolu

“Onsuz da hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq” – Emin Mahmudov

“Məncə, yoxlama oyunları çempionata heç vaxt təsir etmir. Çünki yoxlama oyunu ona görə lazımdır ki, biz yaxşı formamımızı yığaq. Burada həmişə ağır məşqlər olur. Düzdür, “Sabah”la yaxşı nəticə olmadı, amma bu yenə də çempionata təsir edən deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov klubun televiziyasına açıqlamasında deyib.

O, yeni mövsümə hazırlıq barədə danışarkən ilk rəqibin kim olmasının əhəmiyyət kəsb etmədiyini bildirib: “Yeni mövsümə necə hazırlaşdığımızı ancaq çempionat oyunları göstərəcək. İndi dəqiq demək olmaz ki, necə hazırlaşmışıq. Premyer Liqada bir neçə oyun keçirmək lazımdır. Onsuz da çempionatda hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq. Ona görə də ilk turda kimlə düşəcəyimizin fərqi yox idi. Məncə, buna heç fikir verməmək lazımdır”.

Qeyd edək ki, “Neftçi” bu gün Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümün ilk turunda “Səbail”i qəbul edəcək. Görüş 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43