Ölkə futbolu

“Onu erkən dəyişsəydim, bizim üçün ağır olardı” – Tərlan Əhmədov

“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi”.

İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XIV turunda səfərdə “Sabah” üzərində qələbə qazanıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Futbolçulara təşəkkür etdik. Klubumuz ağır dönəm keçirir. Lakin oyundan-oyuna daha yaxşı oynamağa çalışırıq. Son 15 dəqiqədən razı qalmadım, çünki gücümüz tükənmişdi. Bizə 3 xal vacib idi. Bu oyun bizim üçün tarixə düşdü. Futbolçuların əzmkarlığına söz ola bilməzdi. Futbolçularımdan istədiklərimi ala bildim. Artıq kubok oyununun hazırlıqlarına başlamalıyıq”.

– Seymur Əsədovla Diallo Samba sanki düzgün oynamırdılar. Futbolçulardan razı qaldınız?

– Səhvsiz futbolçu olmur. Bütün oyunçulardan razı qaldım. Meydanda istək var idi. Bu futbolçuları daha düzgün oynatmağa çalışacağıq.

– Sərtan Taşkın əvəzlənməsini istəyirdi, lakin siz bunu oyunun sonuna yaxın etdiniz. Vaxtında dəyişiklik etmək düzgün olmazdı?

– Düzdü, kənardan baxanda təhlil rahat olur. Bəli, dəyişiklik edə bilərdim, amma bizim üçün ağır ola bilərdi. Bir az gözlədik və vaxtında dəyişiklik etdik.

– Elnur Cəfərovu cəzalandırmamısınz?

– Mən heç kimi cəzalandırmamışam. Elnur şağı səviyyədə oynadığı üçün əvəzedici komandaya göndərilib.  Gənc futbolçuları izləyirəm, komandaya cəlb etməyə çalışıram.Qış fasiləsi zamanı bir neçə gənc futbolçunu yoxlayacağam. Çünki onlar bizim komandaya gələcəkdə xeyir verəcəklər.

– Elnur ikinci komandanın da məşqlərinə getmir.

– Bu suala ikinci komandanın baş məşqçisi Rüstəm Əliyev cavab verə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43