25 Sentyabr 2018
Kateqoriyasız

“Onun bizə qarşı sərt oynaması normaldı” – Kamran Ağayev

“Keşlə”nin qapıçısı Kamran Ağayevin İdmanxeber.az-a müsahibəsi.

– Oyuna çox pis başladıq. İlk dəqiqələrdə qapımızda qol gördük. Rəqib əks-hücumlarda oynayan komanda idi. 2-ci hissədə fərqli çıxış etdik. Zədədən qayıdan futbolçularımız da var idi. 0:2-dən hesabı 2:2 etdik. Önə də keçə bilərdik. Amil Yunanovun çox gözəl şansı oldu. Yaxşı epizod idi. Çempionat yeni başlayıb.

– İki oyuna bir xal toplamaq necə nəticədir?
– Bu, bizim üçün yaxşı deyil, qane etmir. Qarşımıza hədəflər qoyulub. Kim istəyərdi ki, belə olsun? Bununla razı deyilik. Üzərimizdə işləməliyik.

Bu heç-heçə sizə qələbə qazanılmış kimi motivasiya verdi?
– Qələbə başqa şeydir. “Sabah”la ev matçında çox bərbad idik. Bu dəfə isə daha aqressiv oynadıq. “Zirə”dən tam fərqli oyun gözləyirdik. Oyunda 2:0 hesabı ilə önə keçəndən sonra ritm aşağı düşdü. Təbii ki, bu da gedişata özünü göstərirdi. Gücümüz çox getdi. “Sabah”la matçı xilas edə bilməmişdik, amma bu oyunda məğlubiyyətdən qaçdıq. Çempionat davam edir. Çalışmalıyıq ki, uduzmayaq.

– İlk hissədə ayağında, ikinci hissədə isə əlindən zədələndin. Sənə qarşı ox aqressiv idilər. Sanki canına qəsd etmək istəyirdilər. Qapıçıya qarşı belə aqressiv oynamağa nə lüzum var?
– Birincisi stadion amilidir. Stadionlarımız yaxşı vəziyyətdə deyil. Azərabycanda 8 komanda var. 1 il burda, 6 ay orda oynayırsan. Bilirəm nəyə toxunmaq istədiyiniz. Pərdis Fərcad-Azadın bizdən gedib, “Keşlə”yə qarşı sərt oynaması normal haldır. Bir oyun olacaq, ikinsi yaddan çıxacaq. Azərbaycan futbolunda hamı bir-birini yaxşı tanıyır. Çünki futbolçular tez-tez komanda dəyişir. Xaricdən gəlməyib ki, daşa basaq, güllələyək.

– 8 komandalı çempionatımız var. Stadionlarımız bərbad gündə. Bəzi klublarımız oynamağa meydan tapmır. Avropa Liqasında 3 klubumuz ilk mərhələd mübarizəni dayandırdı. Bu amillər milliyə necə təsir edəcək?
– Hər şeyə təsir olur. Biri var özündənrazılıq, biri də var özünəgüvənlik. Milli komanda hamımızındır. Orada əlindən gələni etməlisən.

Bir qapıçını gücləndirən amillərdən biri də müdafiə xəttinin etibarlı olmasıdır. Qapıçı az qol buraxanda özünə inanır. “Keşlə” Kamran Ağayevi qabağa aparır, yoxsa dala?
– Dünyada hamı futbol oynayır. Fərq etmir. Zədədən qayıtmışam, bir az da artırıb yaxşı formada olacam. Yəqin ki, yaxşıyam indi.

Oxşar xəbərlər

“Qarabağ”ın Avroliqanın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi

admin

Respublika stadionunda maraqlı hadisə: Polis azarkeşi bölməyə aparmaq istədi, ancaq…

admin

“Sumqayıt”ın futbolçusu cəzalandırıldı

admin