Kateqoriyasız

“Onun komandadan geri qaldığını necə görürsüz ki?” – Bordin

Azərbaycan Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm.

– Dabonun olmamasının səbəbi nə idi?
– Zədəlidi. Bu səbəbdən heyətə salınmamışdı.

– Hesaba baxsaq, rahat qələbə qazandığınızı deyə bilərikmi?
– Futbolda asan qələbə olmur. Bunun üçün döyüşmək lazımdı. Futbolçular bunun öhdəsindən gəldilər.

– Platellas ilk vaxtlar davamlı olaraq start heyətdə yer alırdı. İndi isə daha çox ehtiyatda qalır. Buna səbəb nədi?
– Bu, məşqçi heyətinin seçimidi. Həftəboyu məşqlərə baxıb, buna uyğun heyəti müəyyənləşdiririk. Platellas oynayan vaxtlarda da, başqa bir futbolçu ehtiyatda qalırdı. Onun qol vurmasına görə çox sevinirəm. Oyuna sonradan daxil olanda komandaya fayda verməyə çalışır. Bu gün əziyyətinin bəhrəsini gördü.

– Stankoviçi Mbodjla əvəzləməyiniz nə ilə bağlı idi?
– Bu gün meydana sonradan çıxan hər üç futbolçu oyuna yaxşı qoşuldu. Stankoviçdə yorğunluq görünürdü. Buna görə də onu əvəzlədik.

– Geryenin tam formada olmadığı görünür, sanki ümumi ansambldan geri qalır. Onun əvvəlki kimi oynaması üçün nə qədər zaman lazımdı?
– Onun komandadan geri qaldığını necə görürsüz ki?

– “Qarabağ”dakı Geryeyə bənzəmir.
– Normal haldı. Komanda ilə təlim-məşq toplanışında olmayıb. Bu səbəbdən fiziki forması pik həddə olmaya bilər. Bunun üzərində işləyirik ki, formasını bərpa etsin.

Oxşar xəbərlər

Qurban Qurbanovun başı dərddə

admin

“Keşlə”nin məşqçisi və inzibatçısı izahat verdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin