Kateqoriyasız

“Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir” – Nazarov

“Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin və Almaniyanın “Ersgebirge” klubunun üzvü Dmitri Nazarov məşhur aktyor Stiven Siqalla görüşündən danışarkən deyib.

Nazarov daha sonra sözlərinə belə davam edib:

O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir”.

Qeyd edək ki, 2014-cü ildən millimizə dəvət alan Nazarov 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”də 2016-ci ildən oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43