Dünya futbolu

“Onunla hələ bu barədə heç nə müzakirə etməmişik”

“Hamı onun Polşa köklərinin olduğunu bilir. Kadi zədədən sonra artıq özünü yaxşı hiss edir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Krasnodar”ın yarımmüdafiəçisi, “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borgesin agenti Helsio Alisk deyib.

O, futbolçunun Polşa vətəndaşlığının alınması ilə bağlı da danışıb:

“Hazırda Polşa vətəndaşlığının alınması ilə məşğul deyilik. Çünki sənədləşmə o qədər də sadə deyil, bürokratiya çoxdur. Bu prosesi davam etdirəcəyimiz hələ məlum deyil. Onunla hələ bu barədə heç nə müzakirə etməmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43