22 Oktyabr 2024
Kateqoriyasız

“Orada baş verənlər məni maraqlandırmır” – “Qəbələ”nin rəqibinin baş məşqçisi

Avropa Liqasınını 1-ci təsnifar mərhələsində “Qəbələ”nin rəqibi olan Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Giya Tsetsadze açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, yerli mətbuata danışan mütəxəssis şansları bərabər sayıb:

“Biz də “Qəbələ” ilə ev matçımızı Samtrediada yox, Zestafonidə keçirməli olacağıq. Ancaq bunun bizim üçün problem olacağını düşünmürəm. Çünki Zestafoni ilə Samtredia bir-birinə yaxın şəhərlərdir. Əminəm ki, “Qəbələ” ilə matçda azarkeşlər stadiona gələrək bizə lazımi dəstək verəcəklər. Rəqibə gəlincə “Qəbələ”nin bir neçə futbolçu ilə yollarını ayırdığını bilirəm. Düzünü desəm, rəqib komandada baş verənlər məni maraqlandırmır. “Qəbələ”də müəyyən dəyişikliklər ola bilər. Bu, onların işidir. Mən öz komandama diqqət yetirirəm. Nəhayət ki, komandamın heyəti balanslaşdırılıb və “Qəbələ”yə qarşı da bu heyətlə oynayacağıq. Fikrimcə, şanslar bərabərdir”.

Qeyd edək ki, “Qəbələ” və “Samtredia” arasında ilk görüş 30 iyun saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. Cavab matçı isə iyulun 7-də Gürcüstanda olacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43