• Ana səhifə
  • Müsahibə
  • Oruc Balaşlı: “Yəqin ki, divizionda oynadığım üçün çağırmaq istəmirlər”
Müsahibə

Oruc Balaşlı: “Yəqin ki, divizionda oynadığım üçün çağırmaq istəmirlər”

Bu gün Azərbaycan I divizonun 24-cü turunda “Zaqatala” doğma meydanda “Səbail”lə 1:1 hesablı bərabərlik əldə edib.

Matçdan sonra “Zaqatala”nın hücumçusu Oruc Balaşlı idmanxeber.com-un əməkdaşının da suallarını cavablandırıb:

– Oyuna yaxşı hazırlaşmışdıq. Vacib oyun idi. Bu matçda qalib gəlmək istəyirdik. Matça yaxşı başlamışdıq, amma sonradan fiziki cəhətdən “çatdırmadıq”.

– İlk hissədə daha yaxşı oyun nümayiş elətdirdiz. Hətta qol da vurdunuz. İkinci hissədə nə baş verdi ki, oyununuz alınmadı?

– Bir neçə səhv etdik. Rəqib də bundan istifadə etdi. Dediyim kimi, fiziki cəhətdən tükənmişdik.

– Hazırda 5-ci pillədə qərarlaşmısını, azarkeşlər isə Premyer Liqa arzulayırlar. Amma işinizi çətinə  saldınız. Bu barədə nə deyə bilərsiz?

– Düzdü, işimiz çətindi. Amma qarşıda oyunlarımız var. Çalışacağıq ki, son oyunlarda daha yaxşı nəticələr əldə edək və azarkeşlərimizi sevindirək. İstəyirdik ki, ilk 2 pillədə qərarlaşaq. Amma alınmadı. Əlimizdən gələni edəcəyik ki, ən azından 3-cü pilləyə yüksələk.

– I Divizionda bombardir olsan da, İslamiadada da milliyə çağırılmadın. Bu, sənə nə dərəcədə təsir etdi?

– İstəyirdim ki, millinin heyətində iştirak edim. Amma bu barədə mənimlə heç kim əlaqə saxlamadı. Bu, baş məşqçinin fikridir. Yəqin ki, divizionda oynadığım üçün çağırmaq istəmirlər.

– Son vaxtlar “Zaqatala” azarkeşləri baş məşqçini istefaya səsləyirlər. Səncə, uğursuzluğun səbəbi baş məşqçidir, ya başqa problemlər var?

– Komandada işlər pis gedəndə həmişə məşqçini günahlandırırlar. İkinci dözrə fiziki cəhətdən pis oynadıq. Fiziki cəhətdən zəifləmişdik.

– Bir neçə aydır ki, maaşlarınız verilməyib…

– İstər-istəməz bizə bunun da təsiri var. Hələ də verilməyib.

– Bu amilin komandanın uğursuzluğuna səbəb olduğunu düşünmək olarmı?

– Bunun təsiri var, amma tam olaraq, buna bağlamaq olmaz.

Oxşar xəbərlər

“Qarabağ”a məğlub oldu, Şaxta babadan hədiyyə istədi – MÜSAHİBƏ

admin

İlkin Qırtımovun atası idmanxeber.com-a danışdı: “O, bir qapazla futbolçu oldu” – MÜSAHİBƏ

admin

Ruslan Abışov: “Günü-gündən özümü daha yaxşı hiss edirəm”

admin