17 Oktyabr 2018
Ölkə futbolu

Orxan Əliyev “Sumqayıt”da

“Sumqayıt”  Orxan Əliyevlə müqavilə imzalayıb

“Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə cəlb edib. Belə ki, 2011-2015-ci illər aralığında komandamızın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Adıçəkilən futbolçu “Sumqayıt” FK-da 8 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində komandanın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib

Oxşar xəbərlər

Vəfadar Quliyev: “Buraxdığımız qollar uşaq səhvlərindən idi”

admin

“Qəbələ”nin yeni baş məşqçisi: “Çernomorets”dən​ “Qəbələ”yə gətirmək istədiyim oyunçular var”

admin

“Səbail”də yeni legioner

admin