Ölkə futbolu

Orxan Əliyev “Xəzər Lənkəran”la Türkiyəyə yollanır

Premyer Liqadan yaranmış fasilədən istifadə edən “Xəzər Lənkəran” sabah bir araya gələcək və təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq.

Əsasən yerli futbolçulardan ibarət olacaq heyət, sabah 4-də səhər saatlarında Bakıda toplaşacaq və Binə hava limanına yollanacaq.

Qış transfer pəncərəsində “Xəzər Lənkəran”ın ilk transferi olan Slavik Alxasovun komanda ilə birlikdə qardaş ölkəyə yola düşəcəyi gözlənilir.

Bundan əlavə, heyətə cəlb olunacağı gözlənilən “Sumqayıt”ın futbolçusu Orxan Əliyev, eləcə də klubun öz yetirmələri olan  Kamran Abdullazadə, Tərlan Qasımzadə, Elnur Cəfərov və Elvin Mirzəyev də Antaliya toplantısına qatılmaq üçün sabah komanda ilə birgə olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43