17 Avqust 2022
Kateqoriyasız

Orxan Məmmədov: “Ölkəmizdə futbol var və olmalıdır”

“Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov Azərbaycan mini-futbol millisini təbrik edib.

İdmanxeber.az xəbər gerir ki, Məmmədov “twitter” hesabında belə yazıb: “Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini  təbrik edirəm. Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır!  Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!”

Xatırladaq ki, Orxan bəy mini-futbol millisinin yarımfinal qarşılaşmasından əvvəl də komandayla online görüş keçirərək onlara uğur arzulamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Səbail” ən bahalı futbolçusunu əsas komandadan qovdu

admin

Misir 1/4 finalda – Video

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Səxavət Qurbanov