Kateqoriyasız

Orxan Məmmədov karyerasını başa vurur

Bəynəlxalq dərəcəli hakim Orxan Məmmədov Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.

Bu barədə AFFAnın saytı məlumat yayıb. Bildirlib ki, bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən O.Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.

2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FIFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43