Kateqoriyasız

Orxan Məmmədovdan “Zirə”nin qələbəsinə reaksiya

Ötən gün “Turan Tovuz” üzərində əzmkar qələbə qazanan “Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov qələbə ilə bağlı tvitter hesabında paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, o, “Turan Tovuz” zəfəri ilə bağlı bunları yazıb:

“Komandamız geridönüş edərək Tovuzda “Turan Tovuz”a qalib gəldi. Son oyundakı məyusluqdan sonra futbolçulara göstərdikləri ustalıq və peşəkarlığa görə öz təşəkkürümü bildirirəm. “Zirə” ilə zirvəyə!”

“Zirə” 8 turdan sonra 13 xalla 5-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43