Ölkə futbolu

Orxan Məmmədov: “Mən hakimləri zərbədən qorumaq üçün…”

Bu gün İntizam Komitəsinin "Kəpəz" – "Qəbələ" matçında baş verənlərlə bağlı çıxardığı qərarlar müzakirələrə səbəb oldu. "Qəbələ" rəsmiləri İK-nın qərarlarına etiraz edərək, qərarların yanlış olduğunu bildirdi.

Məsələ ilə bağlı sözügedən matçda dördüncü hakim funksiyasını yerinə yetirən Orxan Məmmədovla əlaqə saxladıq. Məmmədov idmanxeber.com-a açıqlamasında ona qarşı təzyiq olmadığını bildirdi:

"Sözün açığı, orada mənə qarşı fiziki təzyiq yox idi. Sadəcə, "Qəbələ" rəsmilərindən biri hakimlərə qarşı təzyiq etmək istəyirdi, mən də hakimləri qorumaq üçün onların qarşısına keçdim.  Mən 4-cü hakim idim, onların davası mənimlə deyildi. Mən hakimləri zərbədən qorumaq üçün qarşılarında dayanmışdım.                        

Onlar indi deyirlər ki, fiziki təzyiq göstərməmişik. Lap yaxşı, qoy desinlər…"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43