20 Fevral 2020
Müsahibə

Orxan Sadıqlı: “Bundan o tərəfi yoxdu” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının İdmanxeber.com saytına müsahibəsi

– Orxan, bu cür ağır məğlubiyyətdən sonra nə deyərdin?

– Çox məyusuq. Futbolçular da insandır. Bu cür uduzmaq bizə də təsir edir. Hər bir futbolçunun öz karyerası var. Bu, bizim karyeramıza da pis təsir edir. Sabah baxanda deyəcəklər kimlər oynayıb? Orxan oynayıb, filankəs oynayıb. Bizə çox pis təsir edir. Amma nə edək? Qismət belədir, belə yazılıb. Belə davam eləmək olmaz. Bu oyunu artıq yaddan çıxarmaq lazımdı.

– Bu vəziyyətdən çıxmaq olar?

– Dekabra, qoyulan qadağanın başa çatmasına qədər mübarizə aparmalıyıq. “Neftçi”, “Zirə”, “Qarabağ”la oyunlardakı kimi oynamalıyıq. Ondan sonra hər şey düzələcək.

– Amma görünən odur ki, artıq mübarizə aparmaq olmur…

– Bu heyətlə mübarizə aparmaq çox çətin gəlir. Rəqib Avroliqada oynayır. Heyətində yaxşı futbolçular var. İki fərqli heyətlə oynaya bilirlər. Bizdə isə hamısı gənc, təcrübəsiz uşaqlardı. İndiki məqamda nəsə eləmək mümkün deyil. Ancaq çıxıb oynamaq lazımdı. Dekabra kimi bütün oyunlarda maksimum mübarizə aparmalıyıq”.

– Bu məğlubiyyətə görə sizi günahlandıran olmadı?

– Özümüz özümüzdən utanırıq ki, çıxıb bu hesabla uduzmuşuq. Bundan o tərəfi yoxdur.

– Yunis Hüseynov oyundan sonra sizə nə dedi?

– Heç nə. Nə deyəcək? Açığı, mən onu belə görməmişdim. Birinci hissədə çox əsəbləşdi, qışqırdı. İkinci hissədə isə ümumiyyətlə danışmadı. 6 oyun oynamışdıq buna kimi. Bu gün ən pis oyunumuzu oynadıq. Hamıya ağırdı”.

– Böyükhesablı məğlubiyyət karyerana necə təsir edəcək?

– Bunu xatırlamaq istəmirəm. Dözəcəm tənqidlərə. Çünki bilirəm ki, bizim klub, azarkeşlərimiz belə acı məğlubiyyət yaşamamışdı. 6 top buraxmaq həqiqətən faciədir.

– Hansı mövqe bu gün daha bərbad oynadı?

– Bugünkü məğlubiyyət hamımızın günahıdır. Bu gün heç kimi tərifləmək olmaz. Düzdü, səhvlər baxımından önə çıxan müdafiə xəttidir. Amma müdafiə də hücumdan başlayır. Qabaqda oynamlısan ki, müdafiə də oluna biləsən. Burda tək qapıçı və müdafiəçilərin yox, hamını səhvi var.

– Bütün ağır məğlubiyyətlə “Xəzər Lənkəran”ın başına gəlir. “Makkabi”yə 0:8, “Neftçi”yə 0:5 uduzandan sonra “Qəbələ”dən də 6 top buraxdız. Komandada nə baş verir?

– “Makkabi”yə, “Neftçi”yə uduzduğumuz heyət olardı, bu gün həmin komanda ilə “Qəbələ”yə uduzsaydıq, kimlərisə günahlandırmaq olardı. Amma bugünkü məğlubiyyət bütün komandanın günahıdır. Rəqib bizə baxanda çox təcrübəlidir. Bizə çox ağırdır, bunu necə yaddan çıxaracağıq, bilmirəm.

Oxşar xəbərlər

Qara Qarayev: “Müqavilə haqda danışmamışıq”

admin

“Neftçi”nin yeni icraçı direktoru: “Azarkeşlərin etirazları futbolçuların oyuna köklənməsinə pis təsir edir”

admin

Roman Qriqorçuk: “Qəbələ”nin çətin vəziyyətdə olduğunu düşünmürəm”

admin