Ölkə futbolu

Orxan Sadıqlı ilin ən yaxşısı seçildi

Cənub Regional Futbol Federasiyası ölkə Prezidentinin imzaladığı Azərbaycan Respublikasında “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il ərzində ölkə futbolunun inkişafında göstərdiyi xidmətlərə görə Cənub zonasını təmsil edən rayonlarda klub, idarə – müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. Futbolinfo.az sizi həmin siyahı ilə tanış edir:

1. İlin ən yaxşı peşəkar yerli futbolçusu: Orxan Sadıqlı – “Xəzər-Lənkəran”

2. İlin ən yaxşı peşəkar legioner futbolçusu: Deyvid Sakkoni -“Xəzər-Lənkəran”

3. İlin ən yaxşı gənc futbolçuları:

Elnur Cəfərov – “Xəzər-Lənkəran”, Azərbaycan yığması (U-17)

Yusif Həsənov – “Xəzər-Lənkəran”, Azərbaycan yığması ( U-15)

İlyas Səfərzadə -“Xəzər-Lənkəran”, Azərbaycan yığması (U-19)

Asim Cəfərov – Xəzər-92, Xəzər Lənkəran – (U-14)

4. İlin ən yaxşı qeyri-peşəkar futbol komandaları:

“Viləş” Masallı Həvəskar Liqanın Finalçısı II yer

“Boradigah” Masallı Həvəskar Liqa

“Xəzər-92”- Region Kuboku -III yer

“Muğan” Cənub Regional-Futbol çenpionatı Lideri (U-14)

5. İlin ən yaxşı futbol məşqçiləri :

Rövşən Süleymanov – “Viləş”

Cavid Quliyev – Elit məşq – Cəlilabad

Mehman İbrahimov – “Nefçala”

Elvin Qurbanov -“Xəzər-92” (Xəzər Lənkəran U-15)

6. Futbolun inkişafına dəstək verən ilin ən fəal rayon federasiyası:

Çingiz Həşimov – Masallı Futbol Federasiyası

Aydın Aslanov – Neftçala Futbol Federasiyası

Əsgərzadə Fərid – Cəlilabad Futbol Federasiyası

7. Cənub regionunda futbol sahəsini işıqlandıran ilin ən yaxşı KİV nümayəndəsi:

İslam Cabbarov – 12-ci oyunçu.az

Rüfət Nadirli – Sportarena.az

Elsevər Məmmədov – Futbolinfo.az

Əli Həyati – Futbolmediya.az

8. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-ləri:

Futbol Dünyası qəzeti

Futbol + qəzeti

Komanda qəzeti

9. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşı təşkilatları:

AFFA-nın Uşaq və Yeniyetmələrlə Yarışların Təşkili Departamenti

(U-11, U-13 və U-14 zona çempionatlarının təşkilinə görə)

A. Ə. F. M – (Açıq Əyləncəli Futbol Məktəbinin Azərbaycan nümayəndəliyi.

10. Cənub bölgəsini Təmsil edən regionun ən yaxşı hakimləri:

Referi: Xalid Quliyev – Cəlilabad

Rəşad Aydınov – Salyan

Vurğun Talıbov – Masallı

Laysman: Nurlan Şərifli – Lənkəran

Orxan Şəfiyev – Lənkəran

Xəzər Ağazadə – Lənkəran

Cənub RFF


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43