Ölkə futbolu

Orxan Sadıqlı “Xəzər Lənkəran”dan gedir?

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı qışda komandanı tərk edə bilər.

Təxminən bir ay sonra müqaviləsi bitəcək olan gənc qolkiperə yeni müqavilə təklif olunmayıb. Orxana yeni sözləşmə təklif olunmasa, qapıçı özünə klub axtarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Orxan cari mövsümdə "Xəzər Lənkəran"ın Premyer Liqada keçirdiyi 14 oyundan 9-da 90 dəqiqə meydanda olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43