Dünya futbolu

Osimhen gələcəyi ilə bağlı qərarını verib

“Napoli”nin hücumçusu Viktor Osimhen yayda klubunu dəyişə biləcəyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib:

“Mən artıq mövsümün sonunda növbəti addımımın nə olacağı ilə bağlı qərar vermişəm. Artıq hər şeyi düşünmüşəm. Mənim planım var, nə etmək istədiyimi bilirəm. Premyer Liqaya keçəcəyim barədə iddialar var. Bu, həqiqətən də dünyanın ən güclü liqalarından biridir. Amma mən mövsümü “Napoli” ilə əla başa vurmaq və sonra artıq özüm üçün qərar verdiyimi həyata keçirmək istəyirəm”.

25 yaşlı Osimhen bu mövsüm A Seriyasında “Napoli”nin heyətində 15 oyun keçirib və 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43